a49dff8c-486a-480b-8e00-826d97796e95..jpg

Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb

Baxış sayı: 431 dəfə baxılıb.

Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı
15-ə çatıb, daha 110 nəfər isə hələ də itkin düşmüş sayılır.

Bu barədə yerli kanallar məlumat yayıb.

Bildirilir ki, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı
30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən
60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var.

Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib, bir neçə ev və yerli
qızıl hasilatı zavodunun işçilərini daşıyanbir neçə avtobus
torpağın altında qalıb.

Mənbə: TASS

Source link