Finalçımızı dəstəkləmək üçün fanatlar Macarıstana yola düşdülər

Baxış sayı: 2. 652 dəfə baxılıb.

Finalçımızı dəstəkləmək üçün fanatlar Macarıstana yola düşdülər

Sərbəst güləş üzrə dünya çempionatının finalına çıxmağı bacaran azərbaycanlı idmançını dəstəkləmək üçün azarkeşlər Bakı-Budapeşt təyyarəsi ilə Macarıstana yola düşüblər. 

ÇıxışYolu.Com xəbər verir ki, 30-40 fanat Azərbaycan bayraqları ilə xalq mahnıları oxuyaraq, Budapeşt istiqamətində hərəkət edirlər.

Xatırladaq ki, Budapeştdə sərbəst, qadın və yunan-roma güləşi üzrə dünya çempionatı keçirilir. 

Çempionatın ikinci günündə Azərbaycanı təmsil edən sərbəst güləşçilərimiz döşək üzərinə çıxıblar: üçqat Avropa çempionu Georgi Edişeraşvili (57 kq), üç qat dünya çempionu Hacı Əliyev (65 kq), ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (79 kq) və sabiq dünya və olimpiya çempionu Şərif Şərifov (92 kq). Bu döyüşçülərdən yalnız Həsənov finala çıxa bilib. Final görüşü oktyabrın 22-də keçiriləcək. 

Həsənov 1/8 finalda Efan Ramosu (Puerto-Riko) mübarizədən kənarlaşdırıb – 14:5. Dörddəbir finalda güləşçimiz Əli Şabanovu (Belarus) 6:2 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. 

Bu mərhələdə Həsənov iranlı Ezzatollu Əkbəridən üstün olub. 

Cəbrayılın finalda rəqibi amerikalı Kayl Deyk olacaq.

Ə.Ş.
www.ÇıxışYolu.Com