6c93c714-7829-4971-8809-3488e23d3934..jpg

Finlandiya Rusiya ilə sərhəddə yerləşən daha dörd keçid məntəqəsini bağlayır

Baxış sayı: 496 dəfə baxılıb.

Finlandiya Rusiya ilə sərhəddə yerləşən daha dörd keçid məntəqəsini bağlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiya noyabrın 21-dən 22-nə keçən gecə Rusiya ilə sərhəddə qalan sonuncu
dörd keçid məntəqəsini də bağlamaq niyyətindədir.

Bu barədə Finlandiya mətbuatı xəbər verib.

Məlumatda qeyd olunub ki, artıq Finlandiyanın Baş naziri Petteri Orponun
hökuməti qərarı bu gün elan edə bilər.

Xatırladaq ki, bundan əvvəl Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddəki
səkkiz keçid məntəqəsindən dördünü – Vaalimaa, Nuijamaa, İmatra və Niiralanı
bağlamaq qərarına gəlib. Onlar noyabrın 18-də işlərini dayandırıblar.

Finlandiyada sərhədlərdə tətbiq edilən məhdudiyyətin sığınacaq istəyənlərin
sayının artması ilə izah edilib.

Rəsmi Helsinki bildirir ki, son həftələr İraq, Yəmən və digər ölkələrin
vətəndaşları Rusiya üzərindən kütləvi şəkildə Finlandiyaya gələrək sığınacaq
istəməyə başlayıblar.

Mənbə: IltaLehti

Source link