Firdovsi Umudov: Toğrul Əsgərov hələ hazır deyil

Firdovsi Umudov: Toğrul Əsgərov hələ hazır deyil

Baxış sayı: 2. 592 dəfə baxılıb.

İranda və Ukraynada, eləcə də, ABŞ-da keçirilmiş turnirdə idmançılarımızı sınadıq. Avropa çempionatına gedəcək heyəti müəyyənləşdirdik.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov deyib.

O bildirib ki, bəzi güləşçilər Dünya Kubokunda xarakter nümayiş etdirə bilmədiklərindən heyətdən kənar qalıb. 

“Toğrul Əsgərov fiziki və psixoloji cəhətdən hələ hazır deyil. Üstəlik, onun çəki məsələsi də var. İnşallah, növbəti turnirlərdə onu da heyətə salacağıq”, –  deyə F.Umudov qeyd edib.

Səbuhi TOFİQOĞLU 
www.ÇıxışYolu.Com