“Firefox”un virtual reallıq versiyası təqdim olundu – VİDEO

“Firefox”un virtual reallıq versiyası təqdim olundu – VİDEO

Baxış sayı: 2. 523 dəfə baxılıb.

“Firefox”un tərtibatçıları brauzerin virtual reallıq versiyasını təmsil edən “Firefox Reality” layihəsini təqdim edib.

ÇıxışYolu.Com “N+1” nəşrinə istinadən xəbər verir ki, layihənin təfərrüatı “Mozilla” şirkətinin bloqunda dərc olunub.

Xüsusi versiya virtual və əlavə (augmented reality) reallıq eynəkləri olan istifadəçilər üçün nəzərdə tutulub.

VR internet səyyarı ənənəvi “Firefox” brauzerindən o qədər də fərqlənmir. Habelə başlıca fərq birincinin “Servo” eksperimental sürgüsü ilə təchiz olunmasıdır.

Adi “Firefox” brauzeri  kimi açıq mənbə koduna malikdir. Bu o deməkdir ki, tərtibatçılar brauzerin müxtəlif eynəklər, o cümlədən “Oculus Go”, “Google Daydream”, “Vive Focus”, “Gear VR” və digər digər eynəklər üçün  ayrıca versiyalarını yarada bilər.

Səyyarın demonstrativ videoçarxında veb-serfinq üçün VR- kontrolyor və “Vive Focus” virtual reallıq başlığından istifadə olunur.

.
www.ÇıxışYolu.Com