770e329a-aa32-4235-871b-e1480afd9192..jpg

Firmino “Liverpul”u tərk edəcək

Baxış sayı: 689 dəfə baxılıb.

Firmino “Liverpul”u tərk edəcək

Roberto Firmino mövsümün sonunda “Liverpul”u tərk edəcək.

Məlumata görə, hücumçu artıq son qərarı verib. O, klubla müqaviləsini
yeniləməyəcək və bu yay “Liverpul”u azad agent kimi tərk edəcək.

Bu gün braziliyalı qərarını şəxsən Yurgen Kloppa çatdırıb.

Qeyd edək ki, Firmino 2015-ci ildə “Liverpul”a keçib. Futbolçu klubla 7 kubok
– Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku və Super Kuboku, İngiltərə
Liqa Kuboku, Avropa Superkuboku və Klublararası Dünya Çempionatını qazanıb.

Bu mövsüm 31 yaşlı hücumçu “Liverpul”un heyətində 25 oyunda 9 qol vurub və 4
məhsuldar ötürmə edib.

Mənbə: sports.ru

Source link