b529afbe-7175-45b9-95f9-22b4f3dc746c..jpg

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Baxış sayı: 698 dəfə baxılıb.

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cavanşirsiz səhnəni tərk edirəm”.

Bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildirib.

30 ildən çox mərhum Əməkdar artist Cavanşir Məmmədovla duet ortağı olan
F.İbadovanın verdiyi məlumata görə, o bu gündən etibarən səhnəyə əlvida deməyi
qərara alıb.

“Cavanşirsiz səhnəyə çıxmağa son qoydum. Daha efirlərdə görməyəcəksiniz məni.
Onunla bərabər gəldim, o getdi, mən də daha yoxam! – deyən Firuzə xanım dəvət
aldığı toylardan da uzun müddət imtina etdiyini vurğulayıb. – Bir də nə vaxtsa
xarici ölkədə səhnəyə çıxma ehtimalım ola bilər… Əlvida, səhnə!”

Xatırladaq ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəfil vəfat
edib. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Source link