“Fitch” “Cənub Qaz Dəhlizi”nin reytinqini təsdiqləyib

“Fitch” “Cənub Qaz Dəhlizi”nin reytinqini təsdiqləyib

Baxış sayı: 2. 621 dəfə baxılıb.

Beynəlxalq reytinq agentliyi “Fitch” “Cənub Qaz Dəhlizi” QSC-nin avrobondlardakı uzunmüddətli xarici valyuta üzrə reytinqini “BB+” səviyyəsində təsdiq edib.

ÇıxışYolu.Com xəbər verir ki, reytinqin təsdiqlənməsi “Fitch”in “Cənub Qaz Dəhlizi”inin iki milyard dollar avrobondlarla bağlı rəyinin dəyişmədiyini göstərir.

Qeyd edək ki, avrobondlara dövlət zəmanəti verilib. Zəmanətin müddəti 2026-cı ilə qədərdir.

Reytinqdə Azərbaycanın istiqraz sahiblərinə verilmiş təminatların tam və vaxtında yerinə yetirildiyi əks olunur.

“Fitch” bildirir ki, QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün tələb olunan maliyyə vəsaiti 2018-2019-cu illərdə 2,2 mlrd. dollara yaxın olacaq. 

.
www.ÇıxışYolu.Com