6f6c410d-2f3e-4e82-8697-5a3ba79eb7d5..jpg

Fiziyevin döyüşü ilin beş ən yaxşı MMA döyüşündən biri oldu

Baxış sayı: 449 dəfə baxılıb.

Fiziyevin döyüşü ilin beş ən yaxşı MMA döyüşündən biri oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-də bu ilin beş ən yaxşı MMA döyüşünün siyahısı tərtib edilib.

Azerisport.com xəbər verir ki, ilk 5-liyə Londonda keçirilən UFC 286
turnirində yüngül çəkidə azərbaycanlı döyüşçü Rafael Fiziyevlə ABŞ təmsilçisi
Castin Qetci arasında keçirilən görüş daxil olub.

Xatırladaq ki, Fiziyev döyüşə qızğın, yüksək sürətlə, güclü və dəqiq zərbələr
endirərək başlayıb. Lakin o, sürətini bir az azaldanda rəqibi həmyerlimizə
yumruqlar endirib və Fiziyevin göz ətrafını zədələyib. Rafael 3-cü raundun
əvvəlində Qetcini zədələsə də, amerikalı finişdə Fiziyevdən güclü olub və səs
çoxluğu ilə qalib gəlib.

Reytinqdə ilk yeri isə Aleksandr Pantoja ilə Brandon Moreno arasındakı döyüş
tutub.

Source link