ec9b9746-5c99-4bbe-a5e1-e32d6a5bc40a..jpg

Flora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb – AÇIQLAMA

Baxış sayı: 978 dəfə baxılıb.

Flora Kərimova həkimi məhkəməyə verdi: Gözlərində problem yaranıb – AÇIQLAMA

Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.

Müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı
mülki iş üzrə məhkəmədə iddia qaldırıb.

Məhkəmə işlərinə hazırlıq iclası ötən gün Nəsimi Rayon Məhkəməsində baş tutub.

F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat
etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem
yarandığını bildirib.

Məhkəmə prosesi ilə bağlı Cixisyolu.com-a Xalq artistinin köməkçisi açıqlama verib.

O bildirib ki, əməliyyatdan sonra Flora Kərimovanın gözlərində assimmetriya
yaranıb:

“Həmçinin uğursuz əməliyyyatdan sonra ptoz, yəni yuxarı göz qapağının
sallanması yaranıb. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb. Bunlar
sonradan başqa problemlərə gətirib çıxarır. Məsələn, gözlər tez-tez sulanır”.

Məsələ ilə bağlı qarşı tərəfin, həkim Sevinc Heydərovanın mövqeyini öyrənmək
istəsək də, bu mümkün olmadı. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, daha
sonra bizimlə əlaqə saxlayacağını söz versə də, telefon bağlantısı yaradılmayıb.

Qeyd edək ki, F.Kərimovanın qarşılaşdığı ptoz problemi tibdə yuxarı göz
qapaqlarının sallanması və ya düşməsi kimi izah olunur. Sözügedən problemdən
əziyyət çəkən xəstələr çəpgözlük, ikigörmə, gözün qıcıqlanması, gözün tam
qapana bilməməsi, göz qapaqlarını açıq saxlamaq üçün daim gərginlikdən yorulma
kimi çətinliklərlə üzləşirlər. Anadəngəlmə ptoza səbəb göz qapağını qaldıran
əzələnin olmaması və ya inkişafdan geri qalmasıdır. Qazanılmış ptoza səbəb isə
göz qapağını qaldıran əzələni innervasiya (bədənin və ya toxumanın qeyri-
bərabər elementlərlə təchizi – red.) edən sinir liflərinin, gözün hərəki
sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir.

Şəlalə Babayeva

Source link