474699eb-be16-47bc-9f95-3915ff8c6fdb..jpg

Flora Kərimova: “Musiqidə mədəniyyət problemini görürəm”

Baxış sayı: 513 dəfə baxılıb.

Flora Kərimova: “Musiqidə mədəniyyət problemini görürəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Musiqi ilə bağlı problemlər çoxdur, problemlərə münasibət lazımdır. Onların
qayğısını çəkmək lazımdır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Ümummilli lider Heydər Əliyevin 100
illik yubiley tədbirləri çərçivəsində baş tutan Musiqi Forumunda iştirak edən
Xalq artisti Flora Kərimova deyib.

“Mən musiqidə mədəniyyət problemini görürəm. Ən birinci musiqiçinin, ifaçının
intellektini görmək istəyirəm. Peşən yoxdursa, ümumiyyətlə, bu sənətə yaxın
durma. Çünki səndən sonra qeyri-peşəkarlar yaranır. Onların öhdəsindən gəlmək
mümkün olmur. Bir var səhnədə özünə hörmət edəsən, biri də var səhnəni,
musiqini özündə hörmət edəsən. Səhnəyə çıxanda ən əvvəl özümüzü düşünməliyik”,
– Xalq artisti əlavə edib.

Source link