Flora Kərimova: “O öpüşdən sonra güzəranım yoxdur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xalq artisti Flora Kərimova ötən gün “Zaurla Günaydın” proqramında həmkarı
Niyaməddin Musayevlə başına gələn kuryoz hadisədən danışıb.
Bu barədə Olay-a açıqlama verən sənətçi gülməkdən özünü saxlaya bilməyib.
Kərimova bildirib ki, bu, təsadüfən baş verib:
“Niyaməddin müəllim o qədər təmiz, sadə insandır ki… Onun addımını və
hərəkətlərini yozmaq günahdır. Məni bu imtahana çəkməyin, gülməkdən başqa
əlimdən bir şey gəlmir. O öpüşdən sonra günüm-güzəranım yoxdur. Elə zəng
edirlər. Nə deyim? Nə yozum? Allah yuxarıdan baxır. Bəlkə elə oturub ki, hədəf
dodağım olub (gülür). Bu yazıq gərək dursun, çönsün, qollarını açsın ki, dodağı
dodağıma dəyməsin. Oturaq vəziyyətdə çöndü öpdü, elə oldu ki, pozası düşdü
dodağımın üstünə (gülür). Əgər mənə zəng edirlərsə, indi o kişini də
bezdiriblər. Məni qarğış yiyəsi etdiniz. İndi deyir ki, daş düşəydi o günə,
gəldim oturdum sənin yanında. Bu da böhtan deyil ki, üzünə durasan, deyəsən
düşünərək etdin, ya da mənə düşmənsən. Amma o qədər təmiz insandır ki, ağlından
keçməz”.
Xatırladaq ki, efirdə Kərimova ilə görüşmək istəyən N. Musayev yanlışlıqla onu
dodağından öpüb.