“Florens” fırtınasının yaranmasında insanlar ittiham edildi

Baxış sayı: 2. 366 dəfə baxılıb.

“Florens” fırtınasının yaranmasında insanlar ittiham edildi

“Florens” fırtınası iqlimin dəyişməsi səbəbi ilə bir qədər də dağıdıcı xarakter alıb.

ÇıxışYolu.Com xəbər verir ki, belə qənaətə Nyu-York ştatı Universitetinin alimləri gəliblər.

Qeyd edək ki, “Florens” fırtınası ABŞ-ın Şərq sahillərində meydana gəlib. Təbii fəlakət nəticəsində 8 nəfər həlak olub.

Alimlərin fikrincə, parnik qazlarının atmosferə hədsiz dərəcədə tullanması fırtınanın şiddətini artıran əsas amildir. Araşdırmalar nəticəsində bəlli olub ki, qlobal istiləşmə ekstremal yağıntıların sayını 50% artırıb.

www.ÇıxışYolu.Com