Florensiyada Mikelancelonun gizli otağı ictimaiyyət üçün açılıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mikelancelo Buonarrotinin rəsmləri olan gizli otaq Florensiyada ictimaiyyətə
təqdim olunub. Otaq San Lorenso Bazilikasında Mediçi Kapellasında yerləşir.
İndiyə qədər “gizli otaq” yalnız mütəxəssislər üçün əlçatan olub. İnsanları
oraya buraxmaq üçün rəsmlərə zərər verməyən xüsusi işıqlandırma sistemi
yaradılıb.
Qeyd edək ki, 1530-cu ildə Roma Papası VII Kliment Mikelancelonu güclü Mediçi
ailəsi ilə mübahisə etdikdən sonra ölümə məhkum edib. Sənətçi xilas olmaq üçün
iki aya yaxın kiçik otaqda gizlənib. Bu müddət ərzində o, divarlarda əvvəlki
işlərini xatırladan onlarla rəsm çəkib. Rəsmlər divarlara kömür və təbaşirlə
çəkilib.
1975-ci ilə qədər, Mediçi Kapellasının direktoru Paolo Dal Pojetto muzeydən
yeni çıxış üçün uyğun otaqlar axtarmağa başlayana qədər bu otağın varlığından
heç kimin xəbəri olmayıb. Axtarış zamanı o, şkafın altından onu 10 metr
uzunluğunda və üç metr eni olan otağa aparan keçid aşkar edib.
Mütəxəssislər qeyd ediblər ki, təsvirlər Mikelancelonun əsərlərinin bir növ
“kataloquna” bənzəyir. Rəssam bu otaqdan sağ çıxacağına əmin olmadan onu
yaradıb.
Mənbə: TASS