f82d893a-b7d4-49dc-a16b-2c914d204c01..jpg

Florensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq ictimaiyyətə təqdim olunacaq – FOTO

Baxış sayı: 855 dəfə baxılıb.

Florensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq
ictimaiyyətə təqdim olunacaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mikelancelo Buonarrotinin rəsmləri olan gizli otaq Florensiyada ictimaiyyətə
təqdim olunacaq. Otaq San Lorenso Bazilikasında Mediçi Kapellasında yerləşir.

Qeyd edək ki, 1530-cu ildə Roma Papası VII Kliment Mikelancelonu güclü Mediçi
ailəsi ilə mübahisə etdikdən sonra ölümə məhkum edib. Sənətçi xilas olmaq üçün
iki aya yaxın kiçik otaqda gizlənib. Bu müddət ərzində o, divarlarda əvvəlki
işlərini xatırladan onlarla rəsm çəkib. Rəsmlər divarlara kömür və təbaşirlə
çəkilib.

1975-ci ilə qədər, Mediçi Kapellasının direktoru Paolo Dal Pojetto muzeydən
yeni çıxış üçün uyğun otaqlar axtarmağa başlayana qədər bu otağın varlığından
heç kimin xəbəri olmayıb. Axtarış zamanı o, şkafın altından onu 10 metr
uzunluğunda və üç metr eni olan otağa aparan keçid aşkar edib.

Mütəxəssislər qeyd ediblər ki, təsvirlər Mikelancelonun əsərlərinin bir növ
“kataloquna” bənzəyir. Rəssam bu otaqdan sağ çıxacağına əmin olmadan onu
yaradıb. Bəzi təsvirlər Sikstin kapellasının və Mediçi ailəsinin məzarının
fiqurlarını xatırladır. Bir fiqur isə David heykəlinə bənzəyir.

Onu da əlavə edək ki, Mikelancelo sonda əfv olunub və onun ölüm hökmü ləğv
edilib. O, 1534-cü ildə Florensiyadan Romaya gedib.

Mikelancelo Buonarrotinin rəsmləri olan otaq əvvəllər yalnız sənət tarixçiləri
üçün nəzərdə tutulsa da, noyabrın 15-dən geniş ictimaiyyətə açılacaq.

Mənbə: mir24.tv

Source link