Forbes: Putin artıq dünyanın ən nüfuzlu insanı deyil

Forbes: Putin artıq dünyanın ən nüfuzlu insanı deyil

Baxış sayı: 2. 443 dəfə baxılıb.

Rusiya prezidenti Vladimir Putin son beş il ərzində ilk dəfə olaraq “Forbes”un  dünyanın ən nüfuzlu insanlarının reytinqində liderliyini əldən verib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Məlumata görə, nəşrin reytinq cədvəlində birinci yerə Çinin dövlət başçısı Si Cinpin qalxıb.

Siyahını hazırlayan analitiklər, bunu Si Cinpinin başqa liderlərlə müqayisədə hakimiyyətini daha yaxşı möhkəmləndirməsi ilə əsaslandırır.

“O, Çində Mao Tzedunun dövründən bəri görülməmiş şəxsiyyətə pərəstişdən bəhrələnir”, – deyə jurnalda qeyd olunur.

Vladimir Putin siyahıda ikinci yerə düşüb, ABŞ prezidenti Donald Tramp isə ilk üçlüyü tamamlayır.

.
www.ÇıxışYolu.Com