"Forbes" Türkiyənin ən zənginlərini açıqladı

"Forbes" Türkiyənin ən zənginlərini açıqladı

Baxış sayı: 4. 995 dəfə baxılıb.

ABŞ-ın “Forbes” jurnalı Türkiyənin ən zəngin insanlarının reytinqini dərc edib.

ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, martın 1-nə Türkiyənin 100 ən zəngin vətəndaşının ümumi sərvəti əvvəlki illə müqayisədə 18,5 milyard dollar artaraq, 121,4 milyard dollara çatıb.

Reytinqə 4.8 milyard dollar varidatla “Yıldız Holding” qrupunun direktorlar şurasının sədri Murat Ülkər başçılıq edir.

İkinci yerdə “Rönesans Holding” rəhbəri Erman İlicak qərarlaşıb. Onun sərvəti 4 milyard dollar civarında qiymətləndirilir.

İlk üçlüyü “Fiba Holding” direktorlar şurasının sədri Hüsnü Özyeğin 2,9 milyard dollar sərvətlə tamamlayır.  

“Top-yüzlüyə” Türkiyənin “LC Waikiki”, “Koç Holding”, “ENKA” kimi məşhur şirkətlərinin sahibləri düşüb.

www.ÇıxışYolu.Com