“Formula-1”ə bilet alanların nəzərinə: Bilet vauçerlərinin elektron biletlə dəyişdirilməsinə başlanılıb

Baxış sayı: 675 dəfə baxılıb.

“Formula-1”ə bilet alanların nəzərinə: Bilet vauçerlərinin elektron biletlə
dəyişdirilməsinə başlanılıb

“Formula-1” üzrə Azərbaycan Qran-prisinə bilet alan şəxslər artıq əldə olunan
vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi
prosesi aprel ayının 6-dan etibarən başlayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, vauçerləri
əldə etmiş bilet sahibləriwww.bakucitycircuit.com
veb səhifəsindən şəxsi hesablarına daxil
olaraq elektron bileti yükləyə bilərlər. Qeyd edək ki, builki yarışlar üçün
ancaq elektron biletlər nəzərdə tutulub.

Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən
şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət
vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilərlər. Aşağıdakı
cədvəldə bilet satışı məntəqələrinin ünvanları təqdim olunur:

No

Satış Məntəqəsi

Ünvan

1

28 Mall

Azadlıq pr., 15A/4, Bakı, Azərbaycan

10:00 – 22:00

2

Gənclik Mall

F.Xoyski, 38, Gənclik m.s., Bakı, Azərbaycan

10:00 – 22:00

3

Heydər Əliyev Sarayı

Bülbül pr., 35, Bakı, Azərbaycan

11:00 – 19:00

4

Kiosk 1 (Azərbaycan kinoteatrı)

M.Ə.Rəsulzadə (Azərbaycan kinoteatrı)

11:00 – 20:00

5

Kiosk 2 (Nizami küçəsi)

Bülbül pr., Nizami küçəsi, Bakı, Azərbaycan

10:00 – 19:00

6

ASAN 2

AMAY Ticarət Mərkəzi, 2-ci mərtəbə, 8 Noyabr pr., 23, Bakı

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

7

ASAN 3

ASAN, Abbas Mirzə Şərifzadə küç.,157, Yasamal, Bakı, Azərbaycan

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

8

ASAN 4

Sülh, 197, Bakıxanov, Sabunçu, Bakı, Azərbaycan

11:00 – 20:00

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

9

ASAN Sumqayıt

15-ci məhəllə, 42d, Bakı küçəsi, Sumqayıt

09:00 – 18:00 (bazar ertəsi – cümə)

10:00 – 17:00 (şənbə – bazar)

Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti builki yarışa bilet almış hər bir
şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir. Xatırladaq ki, hazırda
bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir.

Azarkeşlər biletlər və tribunalarla bağlı ətraflı məlumat üçün
www.bakucitycircuit.com veb-səhifəsini ziyarət edə və ya BŞH-nin mobil
tətbiqini də yükləyərək son yeniliklərdən xəbərdar ola bilərlər.

Həmçinin məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur.
Tədbirə bir biletlə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən
çox nüsxəsi təqdim olunduqda yalnız ilk skanerlənmiş bilet etibarlı hesab
ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması
vacibdir.

Əlavə məlumat və suallar üçün “6003” çağrı mərkəzi ilə əlaqə saxlaya
bilərsiniz.

Source link