“Formula-1”ə görə vergi güzəştlərinin müddəti daha üç il uzadılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Formula-1” yarışına görə vergi güzəştlərinin müddəti daha 3 il uzadılır.
“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında I
oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini
tapıb.
Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən “Formula-1” və “Formula-2”
yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə
olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə
əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri
– 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.
Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il nəzərdə tutulub.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda
qəbul edilib.