“Formula-1” Azərbaycan Qran-Prisi başladı - YENİLƏNİB

“Formula-1” Azərbaycan Qran-Prisi başladı – YENİLƏNİB

Baxış sayı: 3. 022 dəfə baxılıb.

Bakıda Azərbaycan Qran-Prisinə start verilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, əvvəlcə saat 11:00-da “Formula-2”-də sərbəst yarışlara start verilib.

Saat 13:00-da “Formula-1” yarışında da sərbəst yarışlar başlayıb. 15:00-da “Formula-2”-də sıralama yarışları olacaq. Saat 15:45-də “Formula-2”-nin mətbuat konfransı olacaq.

17:00-da “Formula-1”-də ikinci sərbəst yürüş keçiriləcək.

09:12

Bu gün Bakıda “Formula-1” Azərbaycan Qran-Prisi başlayır.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan paytaxtında ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

İlk mərhələ “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq.

Mövsümün 4-cü sınağında, saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar. Bu yarış bitdikdən sonra yenidən “əvəzedicilər” mübarizəyə başlayacaqlar. Onlar növbəti gün üçün sıralarını müəyyənləşdirəcəklər.

İlk günün son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Böyük Britaniyanın məşhur qrupu Camirokvayın konserti ilə yekun vurulacaq. Onun ardınca gecə saatlarında DJ Afrocekin iştirakı ilə əyləncə proqramı baş tutacaq.

www.ÇıxışYolu.Com