“Formula-1” rəhbərliyi Azərbaycan Qran-Prisini Mayamidə keçirilməsi planlaşdırılan mərhələ ilə dəyişmək imkanını nəzərdən keçirir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, “Formula-1” və Bakı arasındakı hazırkı müqavilə 2020-ci ildə başa çatır.
Bildirilir ki, Mayami küçələrindəki mərhələ “Formula-1” təqviminə 2019-cu ildə salına bilər. Şəhər şurası bu təklifi müsbət qiymətləndirib.
Lakin Mayami sakinləri bu təşəbbüsü bəyənməyiblər. Yarış zamanı yaranan səs-küy, həmçinin bitkilərin və yolların zədələnməsi onları qane etmir.
Hazırda “Formula-1” təqvimində ABŞ ərazisində bir mərhələ var. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir.