“Formula-1” yarışı üçün hazırlanmış tribunalardan birinin üzərindəki bayraqla bağlı səhv bu gün aradan qaldırılacaq.
Bu barədə ÇıxışYolu.Com-a Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
“Bu bayraq xaricilər yox, azərbaycanlılar tərəfindən hazırlanıb. Onlar elə bilib ki, bayrağa Bulvar ərazisindən baxılacaq. Ancaq səhv ediblər. Bayrağa trass tərəfindən baxılmalıdır.
Bu səhv yarışadək aradan qaldırılacaq. Artıq onun dəyişdirilməsi işinə başlanılıb. Bu gün axşam biz onu düzəldilmiş formada görə biləcəyik”, – deyə N.Arpadarai bildirib.
Qeyd edək ki, “Formula-1” yarışına sabah start veriləcək.
13:35
Sabahdan Azərbaycanda “Formula-1” üzrə növbəti Qran-Pri yarışına start veriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, yarış öncəsi Media.Az saytı təşkilatçılar tərəfindən böyük yanlışlığa yol verildiyini aşkarlayıb.
Saytın məlumatına görə, təşkilatçılar “Formula-1” izləməyə gələnlərin əyləşəcəyi tribunanın üzərində Azərbaycan bayrağını əks etdirmək istəyiblər. Lakin bu zaman ciddi nöqsana yol verilib və bayrağın rəngləri dəyişik düşüb.
Belə ki, bayrağımızın rəngləri – yaşıl və mavi rənglər dəyişik salınıb, aypara-ulduz səhv istiqamətdə vurulub.
Həmin görüntüləri təqdim edirik: