5ef5e5f4-2e14-437e-bcc7-1e35af44dcfb..jpg

“Formula-1”: Ferstappen ardıcıl doqquzuncu qələbəsini qazanaraq, rekordu təkrarlayıb – FOTO

Baxış sayı: 646 dəfə baxılıb.

“Formula-1”: Ferstappen ardıcıl doqquzuncu qələbəsini qazanaraq, rekordu
təkrarlayıb – FOTO

“Formula-1” üzrə dünya çempionatında Niderland Qran-prisinin qalibi
müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, 72 dövrəlik mübarizədə “Red Bull” pilotu Maks
Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Niderlandlı sürücü ardıcıl 9-cu Qran-pridə finişə birinci çataraq, Sebastian
Fettelə məxsus rekordu təkrarlayıb.

“Aston Martin”dən Fernando Alonso ikinci, “Alpin”dən Pyer Qasli isə üçüncü
yeri tutub.

Pilotların yarışında ümumi xallarının sayını 339-a çatdıran Ferstappen
liderliyini bir qədər də möhkəmlədib. Onun komanda yoldaşı Serxio Peres 201
xalla ikinci, Fernando Alonso isə 168 xalla üçüncü pillədə qərarlaşıb.

Komandaların mübarizəsinə isə “Red Bull” 503 xalla başçılıq edir. “Mercedes”
(247) ikinci, “Aston Martin” (196) üçüncü sırada yer alıb.

Source link