db5b0be9-ab71-4a74-ae87-4c7069bbd884..jpg

“Formula-1”: Fransalı pilot Bakıdakı yarışı buraxa bilər

Baxış sayı: 898 dəfə baxılıb.

“Formula-1”: Fransalı pilot Bakıdakı yarışı buraxa bilər

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Alpin” komandasının pilotu
Pyer Qasli Azərbaycan Qran Prisini buraxa bilər.

“Report” xəbər verir ki, buna 27 yaşlı fransalı sürücünün Avstraliyadakı
yarışda qəza törətməsi səbəb olub.

Qasli komanda yoldaşı Esteban Okonla toqquşub, nəticədə hər iki pilotun bolidi
trasdan çıxaraq baryerə çırpılıb. Onlar yarışa davam edə bilməyiblər.

Pyer Qasli qəzada təqsirli bilinsə, iki cərimə xalı alacaq və Bakıdakı Qran
Prini buraxacaq. Hazırda onun 10 cərimə xalı var.

“Alpin”in ehtiyat sürücüsü “Formula-2”də mübarizə aparan Cek Duendir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 – 30 apreldə təşkil olunacaq.

Source link