efef751d-0226-4a4b-a41e-b15198323230..jpg

“Formula-1”: Mövsümün ikinci yarışının qalibi bəlli olub

Baxış sayı: 900 dəfə baxılıb.

“Formula-1”: Mövsümün ikinci yarışının qalibi bəlli olub

“Formula-1” üzrə dünya çempionatında mövsümün ikinci yarışının qalibi məlum
olub.

Səudiyyə Ərəbistanında keçirilən Qran Prini “Red Bull” pilotu Serxio Peres
qazanıb.

İkinci yeri onun komanda yoldaşı Maks Ferstappen tutub. İlk “üçlüy”ü “Aston
Martin”dən Fernando Alonso tamamlayıb.

Maraqlıdır ki, bu pilotlar Bəhreyndəki mövsümün ilk Qran Prisində də ilk
“üçlük”də qərarlaşıblar.

Yeganə fərq ondadır ki, iki həftə əvvəlki yarışda Ferstappen birinci, Peres
ikinci olmuşdu.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.

Source link