“Formula-1” pilotu “Avroviziya 2024”də çıxış etməyə hazır olduğunu açıqlayıb –
FOTO
İtaliyanın “Skuderiya Ferrari” komandasının pilotu Şarl Lekler özünün “X”
(keçmiş “Twitter”) hesabında Monakonun 2007-ci ildən bəri ilk dəfə “Avroviziya”
mahnı müsabiqəsində iştirak edəcəyi xəbərinə münasibət bildirib.
Monako vətəndaşı olan 25 yaşlı pilot gələn il İsveçin ev sahibliyi edəcəyi
müsabiqədə çıxış etməyə razı olduğunu bildirib.
Xatırladaq ki, İsveç müsabiqəyə ev sahibliyi etmək hüququnu “Tattoo” mahnısını
ifa edən müğənni Lorenin qələbəsi sayəsində qazanıb. “Avroviziya 2023”
müsabiqəsinə Liverpul ev sahibliyi edib.
Qeyd edək ki, 2022-ci ildə Lekler yalnız Avstriyanın “Red Bull” komandasının
niderlandlı pilotu Maks Ferstappenə uduzaraq “Formula-1”in vitse-çempionu olub.
Mənbə: Qazeta.ru