Böyük britaniyalı pilot Lando Norris (“McLaren”) “Formula-1” üzrə ABŞ
Qran-prisinin təsnifat yarışında lider olub.
Cixisyolu.com kommersant-a istinadən xəbər verir ki, o, məsafəni 1 dəqiqə 32,3
saniyəyə qət edib.
Maks Ferstappen (“Red Bull”) və Karlos Sayns (“Ferrari”) ikinci və üçüncü
yerləri tutublar. Təsnifat mərhələsi britaniyalı Corc Rasselin (“Mercedes”)
qəzası səbəbindən erkən başa çatıb. Yeddiqat dünya çempionu britaniyalı Lyuis
Hemilton (“Mercedes”) təsnifat mərhələsinin ikinci seqmentinə vəsiqə qazana
bilməyib.
ABŞ Qran-prisi bu gün, oktyabrın 20-də baş tutacaq. Çempionata Maks Ferstappen
(331 xal), Lando Norris (279) və Çarlz Lekler (245) üçlüyü başçılıq edir.