ed95c47b-87cc-4087-a3b5-cc76b6252351..jpg

“Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi elan olunub

Baxış sayı: 538 dəfə baxılıb.

“Formula-1” üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi elan olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə
Səudiyyə Ərəbistanı Qran-prisində qalib olub.

Onun komanda yoldaşı meksikalı Serxio Peres ikinci yeri tutub. İlk üçlüyü
“Ferrari”dən monakolu Çarlz Lekler bağlayıb.

“Ferrari”nin ispan pilotu Karlos Sayns yarışı buraxıb. Cümə günü məlum olub
ki, idmançı əməliyyat olunub. Onu 18 yaş 305 gündə “Formula-1”də debüt edən
britaniyalı Oliver Berman əvəzləyib.

Qeyd edək ki, “Formula-1”in növbəti mərhələsi martın 22-dən 24-dək
Avstraliyada keçiriləcək.

Mənbə: TASS

Source link