“Formula-1” yarışları yenidən İstanbulda keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Formula-1” yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib.
Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi
təslimi ilə bağlı ikinci mərhələ başlayıb.
“Daha sonra 2026-cı ildən etibarən “Formula-1” yarışlarının İstanbula,
Türkiyəyə gətirilməsi üçün müqavilə prosesi başlayacaq. Proses burada
planlaşdırıldığı kimi davam edir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Qran-prisi İstanbulda 2005-2011 və
2020-2021-ci illərdə keçirilib. Yarışlar alman mühəndis Hermann Tilke
tərəfindən hazırlanmış “İstanbul Parkı” avtodromunda baş tutub. Trasda hərəkət
istiqaməti saat əqrəbinin hərəkətinin əksinədir – dörd apeksi olan 9-cu döngə
isə həm azarkeşlərin, həm də pilotların ən sevimlisidir.
Mənbə: TRT Haber