“Formula-1”də 2026-cı ildə Madrid Qran-prisi olacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Formula-1” rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.
Madrid Qran-prisi həmin tarixdə təqvimə daxil ediləcək.
Mərhələ Valdebebas ərazisindəki şəhər trekində gerçəkləşəcək. Qərarın bu həftə
elan olunacağı gözlənilir.
“Formula-1”də Barselonada keçirilən Qran-pri ilə müqavilə 2026-cı ilə qədər
nəzərdə tutulub. Bu da ölkəyə eyni anda iki yarışa ev sahibliyi etmək imkanı
verir. Barselona mərhələsinin İspaniya Qran-prisi adını saxlayacağı da
vurğulanıb.
Qeyd edək ki, başa çatan mövsümdə “Red Bull” pilotu Maks Ferstappen çempion
olub.
Mənbə: “OK Diario”