“Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı bu il keçiriləcək konsert proqramları qapalı məkanda keçirilməyəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Bakı Şəhər Halqası Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib:
“Üç günlük konsert proqramımız açıq havada keçiriləcək”.
Daha sonra o, yeni sponsorla bağlı danışıqlardan bəhs edib:
“SOCAR-la anlaşmamız bir illik idi. Onlarla müqaviləmiz başa çatıb. Sentyabrdan yeni titul sponsoru üçün şirkətlərlə danışıqlara başlamışıq. Builki Qran-Pri üçün sponsorumuz ola da bilər, olmaya da”.
Qeyd edək ki, bundan əvvəl “Formula 1” Azərbaycan Qran-Prisinin konsertləri “Bakı Kristal Holl”da keçirilirdi.
Səbuhi Musayev