“Formula-1”in pilotu mexanikin ayağını sındırdı – VİDEO

“Formula-1”in pilotu mexanikin ayağını sındırdı – VİDEO

Baxış sayı: 2. 918 dəfə baxılıb.

“Ferrari” komandasının pilotu Kimi Raykonnen mexanikin maşının arxa sol təkərini quraşdırmasının bitməsini gözləmədən qazın pedalına basıb.

ÇıxışYolu.Com xəbər verir ki, təkərin zərbəsi nəticəsində Françesko Tsiqarininin ayağı sınıb.

Nəticədə fin yarışçısı yarışdan geri qalıb – bolid təkərdə olan nasazlıq üzündən trasdan kənara çıxıb.

Hadisənin videosu “Boese Beats Official”ın “Youtube” kanalında yayımlanıb.

www.ÇıxışYolu.Com