dc3914eb-851a-427a-96a9-300e916d40ee..jpg

“Formula-1”in yeni təhlükəsizlik maşını təqdim olundu – FOTO

Baxış sayı: 533 dəfə baxılıb.

“Formula-1”in yeni təhlükəsizlik maşını təqdim olundu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aston Martin” şirkəti “Formula-1” yarışlarında iştirak edəcək yeni
təhlükəsizlik maşınını (“safety car”) nümayiş etdirib.

Hazırkı çempion Maks Ferstappen bir neçə dəfə “Formula-1”in əvvəlki “Vantage”
modelli təhlükəsizlik maşınının yavaş olduğunu deyib.

Bildirilir ki, yeni “Aston Martin Vantage” təhlükəsizlik avtomobilinin gücü
153 at qüvvəsi artırılaraq ümumilikdə 656 at qüvvəsinə çatdırılıb, bu artım güc
qurğusunun təkmilləşdirilməsi sayəsində əldə olunub.

Bundan başqa keçən ay nümayiş etdirilən “Vantage”ın adi yol versiyası ilə
müqayisədə sifarişli versiyada böyük ön “splitter” və arxa antiqanad aydın
görünür. Bütün bu elementlər daha mükəmməl aerodinamik dəstin bir hissəsidir.
Maraqlıdır ki, hətta damda quraşdırılmış sayrışan işıqlar da aerodinamikanın
yaxşılaşdırması üçün yenilənib.

Avtomobili bu həftəsonu Səudiyyə Ərəbistanı Qran-prisində görmək mümkün olacaq.

Mənbə: Championat.com

Source link