Fransa, Almaniya və Britaniya İrana qarşı sanksiyalar haqqında

Baxış sayı: 2. 746 dəfə baxılıb.

Fransa, Almaniya və Britaniya İrana qarşı sanksiyalar haqqında

Fransa XİN başçısı Jan-İv Le Drian, onun britaniyalı və almaniyalı həmkarlarıı Ceremi HantHayko Maas, həmçinin AB diplomatiyasının rəhbəri Federika Moqerini ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların bərpa edilməsinə dair sərəncamına cavab veriblər.

ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, qeyd edilən siyasətçilərin birgə bəyanatında deyilir:

“Sanksiyaların yenidən tətbiq edilməsinə çox üzülürük”.

Sənəddə bildirilir ki, İranla nüvə sazişinin qorunması beynəlxalq müqavilələrə hörmətin təzahürü və təhlükəsizlik məsələsidir.

Xatırladaq ki, ABŞ prezidenti İrana qarşı sanksiyaların bərpası barədə sərəncam imzalayıb.

www.ÇıxışYolu.Com