10414732-71fe-462c-8b19-0ea616562724..jpg

Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub

Baxış sayı: 853 dəfə baxılıb.

Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində
mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi
açıqlanıb.

Federasiyadan Cixisyolu.com-a verilən məlumata görə, yığma martın 22-də Fransadan
olan həmyaşıdları ilə üz-üzə gələcək.

Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun
başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı
keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.

22 mart

20:00. Fransa – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

23 mart

23:00. Bosniya və Herseqovina – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

25 mart

20:00. Azərbaycan – Yunanıstan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

Source link