Bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq
Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransa Xarici İşlər
Nazirliyi səviyyəsində təxribata əl atıbmış.
APA-ya daxil olan məlumata görə, tədbirdə Fransadan 10-a yaxın nümayəndənin
iştirakı nəzərdə tutulsa da, Fransanın Xarici İşlər Nazirliyi onlara yazılı
şəkildə xəbərdarlıq edərək, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda
həbs təhlükəsi ilə üzləşə biləcəklərini iddia edib. Bu iddianı əsas gətirən
Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib.
Nəticədə, Fransadan cəmi 3 nəfər – bu ölkənin baş prokurorunun müavini Gilles
Charbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza
Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə
iştirak edib, səfərdən də məmnun qalıblar.
Həmçinin məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş
fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə
edibmiş.