62eb357c-a296-40ca-9184-6c4a6c6503d0..jpg

Fransa casus şəbəkəsində həbs olunanlar sırasında daha kim var? – YENİ DETALLAR

Baxış sayı: 588 dəfə baxılıb.

Fransa casus şəbəkəsində həbs olunanlar sırasında daha kim var? – YENİ DETALLAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı
məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna
çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat
orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib”.

Bu barədə “Observer Online ” yazır.

06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir:

“Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs
edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə
yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı
A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla
mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli
əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi
işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə
yox, ziyanına işləməyə başlayıb.

Həmçinin məlum olur ki, hər iki şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə
dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale”
maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli
bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə
banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin
səbəbləri isə hələ açıqlanmayıb.

4 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin
uzantılarının ifşasından sonra “Societe Generale” Bankının 07 dekabr 2023-cü il
tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması
xüsusilə diqqət çəkən məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo,
Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və
törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən
verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır.

Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” bankının 2017-ci
ildən Təhlükəsizlik üzrə Direktoru – əvvəl isə Fransa Silahlı Qüvvələrində
Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general
Antuan Cxuyun tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.

“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci
ildə bankın konfidensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz
yolla milyonlarla vəsaitə yiyələnə bilib, 2002-ci ildə buna görə məhkum edilib,
iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilib”.

Source link