Fransa cinsi əlaqə ilə bağlı qanunları sərtləşdirir

Fransa cinsi əlaqə ilə bağlı qanunları sərtləşdirir

Baxış sayı: 2. 723 dəfə baxılıb.

Fransa parlamenti cinsi əlaqə üçün icazə verilən yaş həddini 15 yaşa qaldırmağa hazırlaşır.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC Fransa KİV-ə istinadən məlumat yayıb.

Qanun layihəsi qəbul olunsa 15 yaş və bu yaşa qədər olan yeniyetmələrlə yaxınlıq, zorlama kimi qəbul olunacaq və qarşı tərəfin cinayət məsuliyyətinə cəlb olunmasına gətirib çıxaracaq.

Qanun layihəsi fransalı həkimlər və hüquq ekspertlərinin tövsiyələri əsasında tərtib olunub.

Hazırda ölkədə qüvvədə olan qanunvericiliyə görə, zorlama maddəsi ilə cinayət işinin açılması üçün, prokurorluq cinsi əlaqənin yeniyetmənin istəyinə qarşı baş verməsini  sübut etməlidir.

Qarşılıqlı razılıq olduqda heç bir cinayət işi açılmır.

Qanundakı bu boşluq Fransada cinsi zorakılıq hallarının kəskin şəkildə artmasına yol açıb. Sosial araşdırmaya görə Fransada yaşayan hər səkkiz qadından biri zorlama qurbanı olur.

Habelə bir müddət əvvəl 11 yaşlı qızın öz razılığı ilə yetkinlik yaşına çatmış kişi ilə cinsi əlaqədə olması ölkədə böyük əks səda doğurdu.

Fransalı deputatlar belə halların qarşısını almaq üçün qanunları sərtləşdirmək qərarına gəlib.

Qanun layihəsində 15 yaşdan aşağı yeniyetmələr və uşaqlarla cinsi əlaqəyə görə 5 ilə qədər azadlıqdan məhrum etmə və 75 min avro cərimə nəzərdə tutulur.

.
www.ÇıxışYolu.Com