Fransa Ermənistana hərbi müşavir göndərəcək və erməni xüsusi təyinatlılarına
təlim keçiləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransa Ermənistana hərbi müşavir göndərəcək, həmçinin erməni xüsusi
təyinatlılarına təlim keçiləcək.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə Fransa Respublikasının Müdafiə
Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün “X” hesabında bildirib.
Nazir, xüsusilə tərəflərin artıq əməkdaşlığa başladıqları, yaxud da başlamaq
niyyətində olduqları proqram və sahələri sadalayıb.
O, 2023-cü ilin yanvarında Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe
təyin edildiyini xatırladıb və qarşıdakı çoxsaylı işgüzar görüş, hərbi səfər
barədə məlumat verib, həmçinin çavuş və zabit kadrları hazırlayan hərbi təhsil
müəssisələri ilə qarşılıqlı fəaliyyətlərdən söz açıb.
Lekornyu paylaşımında Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı
dəstələrinin hazırlığına, xüsusən də yüksək dağlıq şəraitdə döyüş
əməliyyatlarının aparılmasına xüsusi diqqət yetirib. Erməni snayperləri də
hazırlıq keçəcəklər.
Fransalı nazir, həmçinin Ermənistana üç “GM200” radarının tədarük edildiyini
və “Mistral” zenit raket komplekslərinin gələcək tədarükü ilə bağlı anlaşma
memorandumunun imzalandığını da açıqlayıb.
Fransa tərəfi Ermənistan Silahlı Qüvvələrinin yerüstü hava hücumundan müdafiə
vasitələrinin auditini də aparmaq niyyətindədir.