Fransa Ermənistanı silahlandırmaqda davam edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika
Ermənistana göndərilib.
Fransa Senatına daxil olan müdafiə üzrə qanun layihəsinə əsasən, siyahıya
hazırda istehsalda olan eyni tipli daha 26 hərbi maşın əlavə ediləcək.
Layihədə qeyd olunur ki, Ermənistan bu yaxınlarda “Thales”dən üç ədəd GM2 200
radarı üçün sifariş gönədrib və MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü
ilə bağlı danışıqlar aparılır.
Xatırladaq ki, oktyabr ayında Fransa və Ermənistan müdafiə nazirləri “Thales”
şirkətinin istehsalı olan üç GM 200 radarının satışına dair saziş, eləcə də
Fransanın “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək
tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.