Fransa “İpək yolu dəstək qrupu”na üzv qəbul edildi

Baxış sayı: 2. 100 dəfə baxılıb.

Fransa “İpək yolu dəstək qrupu”na üzv qəbul edildi

ATƏT PA çərçivəsində “İpək yolu dəstək qrupu”nun tədbiri keçirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Azərbaycanının ATƏT PA-dakı nümayəndə heyətinin üzvü  Tahir Mirkişili məlumat verib.

O, qeyd edib ki, tədbir zamanı daha bir ölkə-Fransa  qrupa yeni üzv seçilib.

Bununla da, qrupa üzv olan ölkələrin sayı 23-ə çatıb.

“Həmçinin, qrup 1 illiyini qeyd etdi”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Qeyd edək ki, qrupun növbəti iclası 2019-cu ilin yazında Minsk şəhərində keçiriləcək.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com