575cbfff-3197-47f9-b232-93053ce8616e..jpg

Fransa Liqa 1-də qalmaqal: Azarkeş vandallığına göz yumulub?

Baxış sayı: 514 dəfə baxılıb.

Fransa Liqa 1-də qalmaqal: Azarkeş vandallığına göz yumulub?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Lion” futbol klubu “Marsel” azarkeşlərinin komanda avtobusuna
hücumu ilə bağlı intizam komissiyasının qərarından apellyasiya şikayəti verəcək.

Belə ki, Fransa Liqa 1 hadisəyə görə “Marsel” klubuna cəza tətbiq etməməyi
qərara alıb. “Lion”da isə bu fikirdədirlər ki, qərar ədalətsizdir, çünki hadisə
klubun bütün üzvlərinə və azarkeşlərinə ciddi təsir edib.

Xatırladaq ki, oktyabrın 29-da keçirilməli olan görüş “Marsel” azarkeşlərinin
“Lion”un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Hadisə zamanı qonaqların
baş məşqçisi Fabio Qrosso üzündən, köməkçisi Raffaele Lonqo gözlərindən xəsarət
alıb. Fransa Liqa 1-in X turu çərçivəsində keçirilməli olan qarşılaşma dekabrın
6-da gerçəkləşəcək.

Mənbə: Championat.com

Source link