Fransa Milli Maliyyə Prokurorluğu (PNF) “AC!!” antikorrupsiya assosiasiyasının
şikayəti əsasında Peşəkar Futbol Liqasının (LFP) ofislərində axtarışlara
başlayıb.
Cixisyolu.com “L”Equipe”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının
əməkdaşları araşdırma çərçivəsində bu gün səhər saatlarında qurumun binasına
gəliblər. Səbəb CVC İnvestisiya Fondu ilə bağlanmış şübhəli əməliyyatlarla
bağlıdır. “AC!!” 1.5 milyard avro nağd ödəniş müqabilində liqanın kapitalının
13 faizini əldə edən CVC ilə müqavilənin şərtlərini şübhə altına alıb.
LFP prezidenti Vinsent Labrunun Sen-Remi-de-Provansdakı evində də axtarış
aparılır. Müstəntiqlərə CVC müqaviləsi ilə eyni vaxtda razılaşdırılmış 37.5
milyon avronun bölüşdürülməsinə işıq salmaq tapşırılıb.