c71ee520-0861-4aa7-a07c-906939d99fbf..jpg

Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?

Baxış sayı: 933 dəfə baxılıb.

Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?

“Atletiko”nun hücumçusu Antuan Qrizman Fransa millisindəki karyerasını başa
vura bilər.

32 yaşlı futbolçu komandada kapitan seçimindən narazıdır. Yığmanın
çalışdırıcısı Didye Deşam Uqo Lyorisin milli karyerasını başa vurmasından sonra
sarğını Kilian Mbappeyə verib. Qrizmann isə vitse-kapitan kimi
müəyyənləşdirilib. Ancaq təcrübəli oyunçu 24 yaşlı Mbappe ilə müqayisədə
millinin formasını daha çox geyindiyi üçün bu rola özünü layiq görür.

Digər tərəfdən, DÇ-2022-dən sonra Lyoris və Rafael Varanın yığmadan gedişi də
Antuanın yığma karyerasını bitirmək fikirlərini gücləndirib. O, dostu Pol
Poqbanın komandada olmamasına görə də məyusdur.

Qrizman bu ay keçiriləcək matçlardan sonra yekun qərarını verəcək. Fransa
AVRO-2024-ün seçmə mərhələsində martın 24-ü Niderlandı qəbul edəcək, üç gün
sonra isə İrlandiyanın qonağı olacaq.

Mənbə: L’Equipe

Source link