Fransa Nigerdəki səfirliyini bağladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Makron Fransası növbəti diplomatik məğlubiyyətini rəsmiləşdirib.
Belə ki, ölkənin Nigerdəki səfirliyi bağlanıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, Niameydəki diplomatik nümayəndəlik “növbəti bildirişə qədər
bağlıdır”.
Qeyd olunur ki, səfirlik fəaliyyətini Parisdə davam etdirəcək.
Mənbə: TASS