Fransa ordusu Malidə İŞİD-in (İslam dövləti terror qruplaşması) liderlərindən birini məhv edib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Fransa Müdafiə Nazirliyinin bəyanatında deyilir.
İŞİD lideri Məhəmməd Aq Almunere Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin aviazərbələri nəticəsində ölüb.
Həmçinin İŞİD-in daha bir nümayəndəsinin məhv edilməsi barədə məlumat verilsə də, Fransa Müdafiə Nazirliyi onun adını açıqlamayıb.
Əməliyyat zamanı iki dinc sakin – qadın və yeniyetmə ölüb. Daha iki nəfər və İŞİD-in bir üzvü isə yaralanıb.