Fransa qılıncoynadanı yarışlardan kənarlaşdırıldı – SƏBƏB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransalı qılıncoynadan İsaora Tibus beynəlxalq yarışlardan dopinqə görə
müvəqqəti olaraq kənarlaşdırılıb.
Bu barədə Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) qərar verib.
Rapira növündə çıxış edən idmançı anormal dopinq testinin nəticəsinə görə
turnirlərdən uzaqlaşdırılıb.
Fransa Qılıncoynatma Federasiyasından (FFE) bildirilib ki, yanvarın 14-də
ondan götürülmüş testin nəticəsi müsbət olub.
FFE Tibusun qəsdən dopinqdən istifadə etmədiyini və bunun üçün məyus olduğunu
açıqlayıb.
Qeyd edək ki, İsaora Tibus dünya və Avropa çempionatlarının mükafatçısı
olmaqla yanaşı, dördqat ölkə çempionudur. O, Tokio-2020 Yay Olimpiya
Oyunlarında da gümüş medal əldə edib.