d02abb3b-e79a-4f96-bdff-aed2cb37bc68..jpg

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib

Baxış sayı: 405 dəfə baxılıb.

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli
komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin
qollarını müqayisə edib.

“Report” xəbər verir ki, bu barədə diplomat UEFA AVRO-2024-ün sosial şəbəkə
səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – Fransa
nümayəndəsi qeyd edib.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində
23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə –
198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən
dəqiq zərbə endirərək fərqlənib.

Source link