Fransa səfirindən paylaşım: “Paris hamının arzusunda olduğu hərbi texnikanı
Ermənistana verir” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Paris “hamının əldə etmək istədiyi” hərbi texnikanı İrəvana tədarük edir”.
Bu sözləri Fransa səfiri Olivye Dekotinyi “X” hesabında etdiyi paylaşımda
deyib.
O, aydın şəkildə Fransanın Ermənistanı silahlandırdığını açıqlayıb.
“Fransada hər kəsin olduqca çox əldə etmək istədiyi hərbi texnika var. Fransa
isə onu Ermənistana tədarük edir”, – deyə səfir qeyd edib.
Səfir, həmçinin “Politico” nəşrinin “Fransada hər kəsin çox istədiyi hərbi
antidron radarları var” başlıqlı məqaləyə keçidi də paylaşımına əlavə edib.
France has a military gear everyone’s desperate to get – and France is
providing it to Armenia!https://t.co/4khYQUEvjp
— Olivier Decottignies (@O_Decottignies) April 9, 2024