Fransa Suriyada hərbi iştirakını artıracaq

Fransa Suriyada hərbi iştirakını artıracaq

Baxış sayı: 3. 151 dəfə baxılıb.

Fransa İŞİD terror təşkilatı ilə mübarizəni başa çatdırmaq üçün Suriyada beynəlxalq koalisiyanın işinə öz töhfəsini artırmaq niyyətindədir. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.  

“Biz beynəlxalq koalisiyada öhdəliklərimizi artıracağıq”, – Makron bildirib. 

“Əməliyyatı başa çatdırmaq üçün bütün vasitələrin olması vacibdir”, – deyə Fransa lideri əlavə edib. 

Onun sözlərinə görə, Fransa öz öhdəliklərinə sadiqdir.

“Biz birgə mübarizə aparırıq və bunu sonadək edəcəyik. Regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik”, – prezident bəyan edib. 

Makron Suriya böhranın həlli məsələsində Rusiya ilə danışıqların vacibliyini qeyd edib. 

“Bizim arzumuz Türkiyə və Rusiya ilə danışıqlara başlamaq üçün Cenevrə və Astana prosesləri arasında körpü yaratmaqdır”, – o, bildirib. 

www.ÇıxışYolu.Com